
Bu il 2-3 oktyabr tarixində Bakıda Beynəlxalq Humanitar Forum keçiriləcək.
Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı nəzərə tutulur.
Tədbirə 70 ölkədən 1000-ə yaxın qonağın, o cümlədən tanınmış şəxslərin gəlməsi gözlənilir.
Beynəlxalq tədbirdə iştirak etmək üçün Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin və digər tanınmış şəxslərin də Azərbaycana səfəri planlaşdırılıb.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin və BMT-nin baş katibi Pan Gi Munun forum iştirakçılarına müraciəti gözlənilir.
Xatırladaq ki, forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib.
Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.