Xəbər lenti

"Sumqayıt" millimizin üzvü ilə müqavilə bağladı
İdman13:30 14.03.2023

"Sumqayıt" millimizin üzvü ilə müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt” yarımmüdafiəçi Səbuhi Abdullazadə ilə davam etməkdə olan müqaviləni yeniləyib.
Qaynarinfo xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2025/26 mövsümünün sonuna qədər anlaşma əldə olunub.
Futbola 2011-ci ildə "Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi Abdullazadə 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, "Kəpəz” – "Sumqayıt” 0:3; 02.12.2017). Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.
Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.
Səbuhi Həsənov