Xəbər lenti

Süni zəka 44 peşəni təhdid edir - Hansı sahələr daha çox risk altındadır?
Dünya 14:30 08.10.2025

Süni zəka 44 peşəni təhdid edir - Hansı sahələr daha çox risk altındadır?

Texnologiyanın sürətlə inkişafı artıq bir çox peşənin gələcəyini sual altına alıb. Süni zəka sistemlərinin məhsuldarlığı artırmaq məqsədilə bir çox sektora inteqrasiyası isə bəzi peşələr üçün ciddi təhlükə yaradıb.
 
Qaynarinfo OpenAI şirkətinin yayımladığı son hesabata istinadən bildirir ki, 44 müxtəlif peşə qrupu süni zəkanın təzyiqi altındadır.

Satış və pərakəndə sektorları ön sıralarda

Aparılan testlər göstərib ki, süni zəka bir çox peşə sahəsində insanlardan daha yüksək nəticə göstərir. Xüsusilə pərakəndə satış və satış idarəçiliyi sahələrində bu fərq açıq şəkildə hiss olunur.

Məlumata görə, satıcılar və avtomobil icarəsi işçiləri süni zəka ilə müqayisədə 81 faiz daha zəif performans sərgiləyiblər.

Ən çox risk altında olan ikinci peşə qrupu 79 faiz göstərici ilə satış menecerləri, üçüncü isə 76 faizlə logistika əməkdaşları olub.

Süni zəka insanı geridə qoyur

Hesabatda qeyd olunur ki, süni zəka bu sahələrdə daha sürətli, səhvsiz və ardıcıl nəticələr ortaya qoyur. Bu da işəgötürənlərin diqqətini insan resurslarından texnoloji sistemlərə yönəldir.

Eyni zamanda redaktorlar (75%), proqram tərtibatçıları və tədqiqatçılar (70%) da süni zəka ilə rəqabətdə geri qalma riski daşıyır.

Təhlükə təkcə texniki sahələrdə deyil

Siyahıda yalnız texnologiya və satış deyil, maliyyə məsləhətçiləri, daşınmaz əmlak brokerləri, vəkillər, tibb bacıları kimi ixtisaslar da yer alıb. Bu isə süni zəkanın təkcə texniki işlərdə deyil, həm də qərarvermə və analitik düşüncə tələb edən sahələrdə insan rolunu azalda biləcəyini göstərir.

Gələcəyin iş dünyası necə olacaq?

Ekspertlərin fikrincə, süni zəka tamamilə insanı əvəz etməyəcək, lakin iş modellərini köklü şəkildə dəyişəcək. İnsanın yaradıcılıq, empatiya və sosial bacarıqları ön plana çıxacaq, texniki və təkrarlanan işlər isə daha çox süni zəkaya həvalə olunacaq.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->