Xəbər lenti

Suriya üzrə razılaşmanın tam mətni açıqlandı
Dünya17:32 27.09.2016

Suriya üzrə razılaşmanın tam mətni açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya xarici işlər nazirliyi (XİN) rəsmi Moskva və Vaşinqton arasında Suriya üzrə imzalanmış razılşamanın tam mətnini öz saytında dərc edib.

Qaynarinfo.Az oxu.az-a istinadən bildirir ki, RF XİN-in mətbuat xidmətindən bildirilib ki, Moskva dəfələrlə razılaşmanı geniş ictimaiyyətin diqqətinə təqdim olunmasını təklif etsə də, qarşı tərəf razılaşmırdı.

Qurumda qeyd ediblər ki , xarici KİV-lərə məlumatın sızmasından sonra (çox güman ki, söhbət Associated Press nəşrinin sentyabrın 23-də yaydığı məlumatdan gedir), ABŞ Dövlət Katibliyi sənədlərin bir hissəsini rəsmi saytında yerləşdirib.

Rusiya XİN Vaşinqtona razılaşmanın tam mətnini ictimaiyyətə təqdim etməsini təklif edib.

Qeyd edək ki, sentyabrın 9-da İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında Qurban bayramı günləri atəşkəslə bağlı razılıq əldə edilmişdi.

Qaynarinfo.Az