Xəbər lenti

Suriyada ABŞ ordusu ilə İranın dəstəklədiyi milislər arasında atışma
Dünya05:19 25.08.2022

Suriyada ABŞ ordusu ilə İranın dəstəklədiyi milislər arasında atışma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çərşənbə günü səhər saatlarında Amerika ordusunun Suriyadakı İrana bağlı qüvvələrin mövqelərinə hücumu nəticəsində İranın dəstəklədiyi naməlum sayda qüvvə öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə NBC xəbər agentliyi ABŞ Mərkəzi Güvvələrinin (CENTCOM) başçısı, general Erik Kurillanın məlumatına istinadən bildirib.
General Kurilla onu da əlavə edib ki, Amerikanın hücumlarına cavab olaraq Suriyada İranla birləşmiş milis qrupları həmin gün saat 19:20-də Amerika qüvvələrinə raket zərbələri endirib.
Amerika Birləşmiş Ştatlarının bu hərbi rəsmisi çərşənbə günü Suriyada bu qüvvələrin yerləşdiyi yerə iki ayrı raket hücumu nəticəsində bir neçə Amerika əsgərinin yaralandığını bildirib.
CENTCOM rəsmisinin məlumatına görə, general əsgərlərin xəsarətlərinin "səthi” olduğunu və yaralıların sayı ilə bağlı məlumatların hələ tamamlanmadığını bildirib.
CENTCOM-un bəyanatına görə, Amerika qüvvələrinin Suriyanın şimal-şərqində yerləşən Konoko və əl-Xəzra kəndindəki qurğuları raketlərlə hücuma məruz qalıb və Amerika qüvvələri də hücumçu İrana bağlı Suriya qüvvələrinin mövqelərini bombalayıb.
M.Arif