Xəbər lenti

Suriyada atəşkəs ümidləri "suya düşür..."
Dünya19:38 18.09.2016

Suriyada atəşkəs ümidləri "suya düşür..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kerrinin Rusiya ilə anlaşması Pentaqon tərəfindən provokasiya edilir, toqquşmalar atəşkəsə baxmayaraq, artır
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da ABŞ və Rusiya arasında Cenevrədə əldə olunmuş razılığa əsasən sentyabrın 12-dən Suriyada bir həftəlik atəşkəs qüvvəyə minib. Bundan başqa atəşkəsin dördüncü günündə tərəflər müddəti daha 2 sutka uzatmaqla bağlı razılaşma əldə edib. 
Bu anlaşma Suirya münaqişəsinin həlli istiqamətində ciddi addımlardan biri kimi qiymətləndirilirdi - baxmayaraq ki, daha əvvəl də Moskva və Vaşinqton Suriyada sülh prosesini stimullaşdırmaq üçün Suriyada atəşkəs imzalasalar da, cidid nəticə doğurmamışdı. Ancaq 9 sentyabr anlaşmasının bir neçə özəlliyi diqqət çəkir. Birincisi, bu anlaşma Suriya hökumət qüvvələri ilə müxalif qüvvələr arasında atəşkəsi təmin edir. İkincisi isə bu atəşkəsin ardınca Suriyada fəaliyyət göstərən İŞİD və “Şamın Fəth Cəbhəsi”, keçmiş adı ilə “ən-Nusra” qruplaşmasına qarşı ABŞ və Rusiyanın ortaq əməliyyatları başlayacaq. 
İlk dəfə olaraq ABŞ və Rusiya terror təşkilatlarına qarşı Suiryada birgə əməliyyat həyata keçirəcəklər. Ancaq görünən odur ki, bu anlaşma da elə ciddi nəticə doğurmayacaq – hərgah, Qirğızıstan sammitində çıxış edən Putin bütün mənfi reaksiyalara rəğmən, Suriya anlaşmasına müsbət yanaşdığını deyib. 
Ancaq Putindən fərqli olaraq Rusiya Müdafiə Nazirliyi müxalif qrupların 200 dəfə atəşkəsi pozduğunu bildirib. 
Eyni zamanda müxalfilər hökumət qüvvələrinin atəşkəsə əməl etməyərək bombardman həyata keçirdiyini iddia edib. Ötən gün isə Deyr əz-Zor məntəqəsində İŞİD-ə qarşı əməliyyat keçirən Suriya ordusunun birləşmələri ABŞ hərbi hava qüvvələrinin bombardmanlarına məruz qalıb. Şahidlərin məlumatına görə, hava hücumunu 2 ədəd A-10 və 2 ədəd F-16 qırıcıları həyata keçirib. Nəticədə Rusiya MN məlumatına görə, 62 Suriya hərbçisi ölüb, yüzlərlə yaralı var. Ancaq müstəqil müşahidəçilər itkilərin sayının çox olduğunu deyirlər. Bu hadisə Rusiya və Suriya hakimiyyətinin kəskin reaksiyasına səbəb olub. Pentqaon və Ağ Ev hadisənin yanlışlıqla baş verdiyini bəyan edib. 
Bu hadisənin həqiqətən sırf texniki anlaşılmazlıq ucbatından baş verdiyi, yoxsa Pentaqonun mesajı olduğu dəqiq deyil. 
Картинки
Məsələ burasındadır ki, Obama hökuməti Suiryada terrora son qoymaq və Əsədin iştirakı ilə Rusiya ilə birlikdə həll prosesini dəstəkləsə də, ABŞ-da hərbi komandanlıq o qədər də razı deyil. Çünki bir çoxları bunu Rusiyanın uğuru sayır. Üstəlik bilindiyi kimi, Pentaqon Suriyanın şimalında daha da möhkəmlənib. Görünür, Pentaqon və Amerika siyasətində mühüm fiqurlar münaqişənin Rusiya ilə birlikdə həllində maraqlı deyil. Bu mənada hava zərbələrinin atəşkəsə bir mesaj olaraq da qiymətləndirmək olar.
Maraqlıdır ki, amerikalıların yanlışlıqla Suriya əsgərlərini Deyr əz-Zorda vurduğu gün İsrail ordusu Quneytra bölgəsində “ən-Nusra” ilə savaşan Suriya hərbi qüvvələrini top atəşinə tutub. Nəticədə bir əsgər ölüb, 8 nəfər isə yaralanıb. Ancaq İsrail olaya görə hər hansı izahat verməyib.   
Bunun əvəzinə hazırda Pentaqon Suiryanın şimalında daha çox fəallıq göstərir. Suriya kürdlərini dəstəkləyən ABŞ Müdafiə Nazirliyi Türkiyənin quru əməliyyatları və təzyiqlərindən sonra kürdlərin Fəratın sol sahilinə çəkilməsini təmin etdi. Maraqlıdır ki, hazırda Fəratın sol sahilinə çəkilən YPG silahlıları öz postlarında ABŞ bayraqları asıblar. 
Ancaq ən çox diqqət çəkən məsələ Türkiyənin Suriyanın şimalında apardığı əməliyyatlara ABŞ xüsusi təyinatlılarının da qatılmasıdır. Artıq Türkiyə Ordusu Baş Qərargahı da məlumatı təsdiqləyib. ABŞ ordusunun kürdləri dəstəklədiyi halda qəflətən Türkiyə ordusuna kömək qüvvə göndərməsi isə birmənalı qarşılanmayıb. Amerikalıların Suiryada türklərə hansı dəstəyi verdiyi bilinməsə də, bir sıra yerli ekspertlərə görə, Vaşinqtonun qəflətən bu atmasının əsas səbəbi Ankaranın Rusiya ilə yaxınlaşmasıdır. Türkiyədə 15 iyul qiyamından sonra Ankara Moskva ilə münasibətləri qaydaya salmağa çalışır. İkitərəfli əlaqələr sürətlə bərpa olunur. Keçən həftə Rusiyanın baş qərargah rəisi Valeriy Gerasimov Ankaraya səfər edərək Baş Qərargah rəisir Hulusi Akarla görüşüb. İki ölkə orduları arasında bir sıra sahələrdə, o cümlədən Suiryada əməkdaşlıqla bağlı danışıqların aparıldığı bildirilir. Türkiyənin Suriya ilə 900 km sərhədi var və Ankaranın ciddi təsir gücü mövcuddur. 
Картинки
Türkiyənin Suiryada Rusiya ilə əməkdaşlıq etməsi, Vaşinqtonun maraqlarına cavab vermir. Müşahidəçilərə görə, Vaşinqton Ankaranın “könlünü almaq”, kürdlərə görə yaranmış soyuqluğu aradan qaldırmaq üçün Suriyada savaşan Türkiyə ordusuna canlı qüvvə dəstəyi göndərib. Ümumilikdə isə Suiryada yaranmış yeni mürəkkəb situasiya münaqişənin həlli prosesinin provokasiya eildiyini göstərir. Obama komandasının münaqişənin həllinə nail olmaq cəhdlərinə Vaşiqntonda müqavimət var, üstəlik Amerikanın indiki administrasiyası getməkdədir. Yeni hökumətin isə hansı xətti tutacağı hələ bəlli deyil. Üstəlik, bölgədə də sülh və anlaşma mühitinin yaranmadığı görünür. Bu isə savaşın davam edəcəyi, böyük sülh ümidlərinin 2017-ci ilə qalacağını göstərir. (musavat.com)
Qaynarinfo.Az