
Suriya ordusunun generalı Məhəmməd İsa ölkədə hərbi müdaxilə ilə bağlı heç bir təşvişin olmadığını deyib.
Qaynar.info xəbər verir ki, general bütün hərbi texnika və sığınacaqların hazır vəziyyətə gətirildiyini söyləyib.
Məhəmməd İsa "Rusiyanın Səsi" radiosuna verdiyi açıqlamasında insanların əvvəlki kimi yaşayışlarına davam etdiyini deyib: "İnsanlarda isterika yoxdur. Onlara qaz maskaları və buna bənzər şeylər paylanılmır".
Qaynar.info