Xəbər lenti

Suriyada Əsəd rejimi necə devrilib? - Əhməd əl-Şara danışdı
Dünya 11:25 03.08.2026

Suriyada Əsəd rejimi necə devrilib? - Əhməd əl-Şara danışdı

Suriya Prezidenti Əhməd əl-Şara ölkədə inqilaba aparan prosesi şərh edib. O bildirib ki, köhnə rejimin aradan qaldırılması təkcə Suriya üçün deyil, bütün region üçün zəruri idi.

Qaynarinfo xəbər verir ki, Əhməd əl-Şara Qətərin "Al Jazeera" televiziyasına müsahibəsində Suriyanın 7 min il ərzində formalaşmış müxtəliflik üzərində qurulmuş bir ölkə olduğunu bildirib. O qeyd edib ki, Kolan təpələrinə bağlılıq hissi uşaqlıq illərindən etibarən ailə və cəmiyyət daxilində səsləndirilən fikirlərin təsiri ilə formalaşıb.

Şəxsi həyatı, dünyagörüşünün formalaşması və siyasi fəaliyyəti barədə danışan əl-Şara qeyd edib ki, ərəb xalqlarının problemlərini ön plana çıxaran ərəb millətçi ideyalarından təsirlənib. Onun sözlərinə görə, bu ideyalarla islamçı düşüncə arasında müəyyən ortaq məqamlar mövcuddur.

Əl-Şara vurğulayıb ki, İslam dini ilə tarixboyu yaranmış müxtəlif islam təcrübələri bir-birindən fərqləndirilməlidir: "Suriya regionun əsas ölkələrindən biridir. Mən bütün təcrübələrdən yararlandım və Əsəf rejimini Dəməşqin daxilindən devirmək üçün işləri təşkil etməyə başladım".

Prezident əlavə edib ki, onlar heç bir xarici dəstək almayıblar. Mühasirə və güclü təzyiqlərə baxmayaraq, eyni vaxtda həm hərbi fəaliyyətə, həm də yenidənqurma və iqtisadiyyatın inkişafına diqqət yetiriblər. Əl-Şara köhnə rejimin devrilməsinin zəruri olduğunu bildirərək deyib:

"Köhnə rejimin aradan qaldırılması təkcə Suriya üçün deyil, bütün region üçün vacib idi. Devrilmiş rejimə qarşı mübarizədə hərbi istiqamətə fokuslanmaqla yanaşı, eyni zamanda yenidənqurma prosesinin hazırlıqlarını da həyata keçirdik".

O, həmçinin qeyd edib ki, İdlibdə və keçmiş müxalifətin nəzarətində olmuş ərazilərdə görülən işlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm veriblər. Bu məqsədlə media qurumlarının və bölgəyə səfər edən nümayəndə heyətlərinin imkanlarından istifadə ediblər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->