Xəbər lenti

Suriyada hər 20 uşaqdan 1-i şikəst doğulur
Dünya14:49 19.08.2017

Suriyada hər 20 uşaqdan 1-i şikəst doğulur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Şərqi Quta bölgəsində doğulan hər 20 uşaqdan 1-i şikəst olur.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 4 il əvvəl Suriya hakimiyyəti tərəfindən kimyəvi silahın istifadə edildiyi bölgədə son iki ildə şikəst doğulan uşaqların sayının artdığı, hər ay doğulan 400-ə yaxın körpənin 5%-nin fiziki problemli olduğu deyilir. 

Həmçinin bildirilir ki, körpələrdəki problemin digər səbəbi hamilə qadınların ehtiyacları olan qida və vitaminlərlə təchiz edilməməsidir. 

Mühasirədə olan Şərqi Qutadakı bu fakt barədə danışan ginekoloq Məhəmməd Bəkir bildirir ki, son dövrlərdə, ayaqsız, qolsuz körpələrlə çox rastlaşıb. Səbəb kimi isə həm kimyəvi silahdan istifadə, həm hamilə qadınların düzgün qidalanmaması, həm də genetik faktorları göstərib.

Gülşən

Qaynarinfo.Az