Həma və Hələb şəhərlərində yerləşən Suriya hərbi bazaları hücuma məruz qalıb.
Qaynarinfo Express-ə istinadən xəbər verir ki, nəticədə çox güclü partlayış meydana gəlib. İsrailin "Haaretz" qəzeti hücumun arxasında Tel-Əvivin ola biləcəyini vurğulayıb.
Hücum nəticəsində 2,6 bal gücündə zəlzələ meydana gəlib, 38 nəfərin öldüyü, 57 nəfərin yaralandığı bildirilir. Hadisənin arxasında dəqiq hansı qüvvənin dayandığı hələlik qeyri-müəyyəndir.
Gülşən