Xəbər lenti

Suriyada iki qan düşməni niyə və kimə qarşı birləşib? - BBC
Dünya08:55 08.07.2022

Suriyada iki qan düşməni niyə və kimə qarşı birləşib? - BBC

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin mümkün hücumuna qarşı kürdlərlə Bəşər Əsəd qüvvələri əməkdaşlıq edəcək.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə isinadən xəbər verir.
Kürdlərin rəhbərlik etdiyi Suriya "Demokratik Ordusu" Türkiyəyə qarşı birgə müdafiə planı ilə bağlı əvvəllər düşmən hesab edilən Bəşər Əsədin hərbi qüvvələri ilə razılığa gəldiyini açıqlayıb.
Bu razılaşmaya əsasən, Suriya hökumətinin silahlı qüvvələrindən 550 nəfərin və onların hərbi texnikasının Hələbin şərq bölgələrinə gəlməsi ilə bu layihənin icrasına başlanılıb.
Suriya hərbi qüvvələri Hələbin şərq rayonlarında, eləcə də Suriya Demokratik Ordusunun kürd qüvvələrinin nəzarətində olan Rakkanın Ayn İsa şəhərində yerləşdirilib.
Suriya müxalifət qrupunun mediası olan Suriya televiziyası bu birgə əməliyyatın Rusiyanın nəzarəti altında həyata keçiriləcəyini bildirib. Bu xəbər kanalı Suriya hərbi qüvvələrinin yerləşdirilməsinin birgə müdafiə planının bir hissəsi olduğunu bildirib.
Suriya hökumət mediası da Suriyanın şimalına hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı xəbərlər dərc edib.
Kürdlərin nəzarətində olan Şimali və Şərqi Suriya Muxtar İdarəsi kürdlərin tabeliyində olan ərazilərdə fövqəladə vəziyyət elan edib və Türkiyənin hücumu ilə bağlı qabaqlayıcı planları sadalayıb.
Bu ayın əvvəlində isə Suriya Demokratik Qüvvələrinə bağlı media Suriyada kürd Demokratik Birlik Partiyasının (PYD) yüksək səviyyəli rəsmisinə istinadən, Şimali və Şərqi Suriya Muxtar Administrasiyasından bir nümayəndə heyətinin Türkiyəyə qarşı ortaq müdafiə planı hazırlamaq üçün Dəməşqlə məsləhətləşmələr apardığını elan edib.
M.Arif