SEPAH mediası təşkilatın yüksək səviyyəli komandirlərindən biri - İsfahan Korpusunun quru qoşunlarının komandiri, general Əbülfəzl Əlicaninin bazar ertəsi axşam Suriyada öldürüldüyünü bildirib.
Qaynarınfo bu barədə "Donya-e-eqtesad" agentliyinə istinadən xəbər
verir.
İran hökuməti Suriyada yerləşdirilən hərbi qüvvələrini "Xanım Zeynəb məqbərəsinin müdafiəçiləri” adlandırır və bildirir ki, onlar bu ölkəyə şiələrin ikinci və üçüncü imamının bacısı Zeynəbin hərəmini sələfilərin işğalına qarşı müdafiə etmək üçün göndəriliblər.
Qeyd edilir ki, İran xəbər agentlikləri bu hərbi komandirin dəqiq harada və necə öldürüldüyü barədə heç bir məlumat verməyib, yalnız onun iş qeydlərinə işarə edərək, general Əlicaninin Əmir əl-Möminin Elm və Texnologiya Universitetinin Döyüş Mühəndisliyi Tədris Mərkəzində çalışdığını yazıb. Lakin SEPAH-a yaxın bir xəbər agentliyi olan "Quds News" dolayısı ilə onun İsrailin Suriyanın cənubuna hücumları zamanı öldürüldüyünü bildirib.
Aydın