
Suriyada terrorçular Hələb şəhərinin Həmdaniyə məhəlləsini minaatanlardan atəşə tutublar.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə RİA "Novosti" xəbər yayıb.
"Atəş nəticəsində 9 nəfər ölüb, təqribən 30 dinc sakin qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilir.
Suriyanın SANA agentliyi öz mənbələrinə istinadən 13 nəfərin öldüyünü yazıb.
Qaynarinfo.Az