Türkiyənin Suriya ilə sərhəddə inşa etdiyi "Türk səddi"nin Şanlıurfa bölgəsinin Akçakale qəsədəsindən keçən 40 kilometrlik hissəsində müasir təhlükəsizlik sistemləri qurulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Sərhəd pozuculuğu, qaçaqmalçılıq fəaliyyətləri və terrorçuların sızmasına qarşı inşa edilən divardakı bu sistem təhlükəsizliyin daha da artırılması məqsədilə qurulub.
Türkiyənin Milli Müdafiə və Daxili İşlər Nazirlikləri bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
Həmçinin divarın böyük bir hissəsinə yeni işıqlandırma sistemləri quraşdırılıb.
Qeyd edək ki, divarın inşasında uzunluğu 3, hündürlüyü isə 4 metr və hər biri 7 ton ağırlığında olan beton lövhələr istifadə olunub. Sərhəd boyu tikilmiş qüllələrə isə müasir silahlar yerləşdirilib.