Xəbər lenti

Suriyalı qadınlar Türkiyədə zorlanır - İDDİA
Dünya11:16 02.05.2013

Suriyalı qadınlar Türkiyədə zorlanır - İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın paytaxtı Tehranda keçirilən Beynəlxalq Din Adamları və İslami Oyanış konfransında şok iddialar səsləndirilib. 

Qaynar.info-nun Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, konfransda çıxış edən suriyalı sünni din xadimi Şeyx Zəkəriyya Saraye suriyalı qadınlara Türkiyədə təcavüz edilərək, qadın alverçiləri tərəfindən satıldığını iddia edib. 

Suriyalı alim islahat adından universitetet, məktəb və məscidlərin yox edildiyini bildirib: "Suriyalı qadınlara Türkiyədə təcavüz olunur və onlar qadın alverçiləri tərəfindən satılır. İslahat adından Suriyanın nefti, texnikaları və taxılı oğurlanaraq Türkiyəyə aparılır. Hətta uşaq yeməyi də bura daxildir". 

Qaynar.info