Xəbər lenti

Suriyanın kimyəvi silahları Türkiyədə istehsal olunub - ŞOK İDDİA
Dünya12:58 29.07.2013

Suriyanın kimyəvi silahları Türkiyədə istehsal olunub - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada istifadə olunan kimyəvi silahlar Türkiyədə istehsal olunub.

Qaynar.info-nun məlumatına görə, bu barədə İran mətbuatı suriyalı keçmiş informasiya naziri Mehdi Dəhlullaha istinadən xəbər verib. 

Müxalifətçilərin Han Asalda istifadə etdikləri kimyəvi silahların Türkiyə istehsalı olduğunu iddia edən keçmiş nazir BMT-nin araşdırma komitəsinin Dəməşq hakimiyyətinin israrı nəticəsində ölkəyə gəldiyini deyib.

Dəhlullah Suriya rejiminin İraq ssenarisinin Suriyada təkrarlanmasını istəmədiyini və buna görə də araşdırma komitəsinin sərbəst şəkildə istədiyi yerə gedib-gəlməsinə icazə verilməyəcəyini söyləyib.

Qaynar.info