Xəbər lenti

Suriyanın şimalında 9 PKK/YPG terrorçusu məhv edilib (VİDEO)
Dünya12:12 18.08.2022

Suriyanın şimalında 9 PKK/YPG terrorçusu məhv edilib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 9 PKK/YPG terrorçusunu məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 
Məlumatda bildirilir ki, məhv edilən terroçular Suriyanın şimalında "Barış bulağı" adlanan əməliyyat bölgəsinə hücum etməyi planlaşdırıbmış.
"Ölkənin silahlı qüvvələri Suriyanın şimalında terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirir. Bununla bağlı "Barış bulağı” əməliyyatı bölgəsinə hücum etməyi planlaşdıran 9 PKK/YPG terrorçusu məhv edilib”, - məlumatda vurğulanır. 
M.Arif