Xəbər lenti

Suriyaya gedənlərə qarşı əməliyyat keçirildi
Dünya08:50 13.05.2014

Suriyaya gedənlərə qarşı əməliyyat keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada polis Suriyaya müharibəyə gedən gənclərə qarşı əməliyyat keçirib.

ANS PRESS-in məlumata görə, Fransa polisi bu gün Strasburq şəhərində Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün gedən və bu il geri qayıdan gənclərə qarşı xüsusi əməliyyat keçirib.

Fransa daxili işlər naziri Bernard Cazeneuve bildirib ki, Suriya müharibəsinə gedən gənclər Fransa hökumətinin “bəlası”na çevrilib. Onun sözlərinə görə, polisin Strasburq şəhərində keçirdiyi əməliyyat nəticəsində təxminən 20 yaşında olan 6 gənc saxlanılıb.

“Suriyada əsir düşən, lakin aprelin 19-da sərbəst buraxılan 4 fransız jurnalist onları qaçıranların fransızca mükəmməl danışdıqlarını demişdi. Bu isə hökuməti hərəkətə keçirdi. Hökumət Suriyaya gedən fransalı gənclərlə bağlı yeni və sərt addımlar atmağa məcburdur”, Bernard Cazeneuve bildirib.

Qaynar.info