Xəbər lenti

Süveyş kanalında ilişib qalan konteyner gəmisi ilk dəfə hərəkət etdi
Dünya10:22 27.03.2021

Süveyş kanalında ilişib qalan konteyner gəmisi ilk dəfə hərəkət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl Süveyş kanalında torpağa ilişən Ever Given konteyner gəmisi şənbə günü gecə bir az hərəkət edə bilib. 
Qaynarinfo bu haqda "The Jerusalem Post”a istinadla xəbər verir. 
Məlumata görə, hərəkət 20 min ton qum fövqəladə vəziyyət sahəsindən götürüldükdən sonra baş verib.
Xatırladaq ki, çərşənbə axşamı gəmi Süveyş kanalında bir zolaqlı hərəkət yolunda burnu torpağa oturaraq yolu kəsib. 400 metrlik gəmini yedək vasitəsi ilə kənara çəkmək cəhdləri uğursuz olub. Blokdan çıxarma əməliyyatında bir neçə şirkət iştirak edir: ABŞ və Türkiyə kömək təklif edib.
Alpər