Xəbər lenti

TŞ-də Şarl Mişellə mübahisə düşdü, Rusiya nümayəndəsi otağı tərk etdi
Dünya07:49 07.06.2022

TŞ-də Şarl Mişellə mübahisə düşdü, Rusiya nümayəndəsi otağı tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya bazar ertəsi Avropa Şurasının prezidenti Şarl Mişelin çıxışına etiraz edərək BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Avropa Şurasının prezidenti Şarl Mişel 15 üzvdən ibarət qurum qarşısında çıxışında Moskvanı Ukraynaya müdaxiləsi ilə qlobal ərzaq böhranını qızışdırmaqda ittiham edib.
Mişel həmçinin Rusiya qoşunlarını müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətməkdə günahlandırıb, xüsusən də Təhlükəsizlik Şurasının iclasının diqqət mərkəzində olan cinsi zorakılıq hesabatlarına istinad edərək bunu "işgəncə, terror və repressiya taktikası” kimi təsvir edib.
İclasdan əvvəl verdiyi açıqlamada Nebenziya rus əsgərləri tərəfindən cinsi zorakılıqla bağlı ittihamı "qəti şəkildə təkzib edib" və Mişelin dediklərinin "yalan" olduğunu deyib.
Mişelin bəyanatı zamanı Təhlükəsizlik Şurasının palatasını əsəbi şəkildə tərk edən Nebenziya Reuters-ə deyib: 
"Şarl Mişelin bura yaymaq üçün gəldiyi yalanlara görə qala bilmədim".
Zalı tərk edən Nebenziyaya müraciətlə Mişel bunları deyib: 
"Otaqdan çıxa bilərsiniz, bəlkə də həqiqəti dinləməmək daha asandır".
Daha sonra Mişel Təhlükəsizlik Şurasında deyib: 
"Rusiya Federasiyasının cənab səfiri, düzünü desək, Kreml ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli raket kimi istifadə edir. Bu ərzaq böhranına görə yalnız Rusiya məsuliyyət daşıyır”.
Nurlan Hüseynov