Xəbər lenti

Taal vulkanı ikinci dəfə püskürdü: 52 zəlzələ oldu, bölgə təxliyə edildi (FOTO/VİDEO)
Dünya06:34 13.01.2020

Taal vulkanı ikinci dəfə püskürdü: 52 zəlzələ oldu, bölgə təxliyə edildi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippinin paytaxtı Manilanın yaxınlığındakı Taal vulkanı ikinci dəfə püskürüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verib ki, partlayış səbəbindən bölgədə 52 vulkanik zəlzələ olub. Vulkan ocağından çıxan küllərin 100 kilometr şimala yayıldığı və paytaxt Manilanın cənubunda havaya təsir edib.
Partlayışdan sonra 6 mindən çox insan təxliyə edilib. Manila Beynəlxalq Hava Limanı daxili və xarici reyslər üçün müvəqqəti bağlanıb. İndiyə qədər 240-a yaxın uçuş təxirə salınıb.