Əfqanıstanın paytaxtı Kabildə terrorçu kamikadze hücumları nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.
ANS PRESS-in məlumatına görə, hücüm Əfqanıstan ordusunu aparan avtobusa olub.
Hücumların məsuliyyətini Taliban terror təşkilatı üzərinə götürüb. Talibanın sözçüsü Zabuhullah Mücahid hücumların ABŞ-la təhlükəsizlik sazişi imzalayan yeni hökumətə mesaj olduğunu bildirib.
Saziş dekabrın 31-də beynəlxalq qüvvələrinin missiyasının başa çatmasından sonra 12 min əsgərdən ibarət xarici qüvvənin ölkədə qalmasına imkan verəcək. Xarici qüvvələri 10 min ABŞ və 2 min NATO əsgəri təşkil edəcək.
Sənəd Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Hənif Atmar və ABŞ-ın Kabildəki səfiri Ceyms Kunninqham tərəfindən imzalanıb.