"Taliban” terror hərəkatının siyasi bürosunun başçısının müavini Şer Məhəmməd Abbas Stanekzai Dohada Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru David Bisli ilə görüşüb və onunla humanitar yardımın göstərilməsini və Əfqanıstandakı mövcud vəziyyəti müzakirə edib.
Qaynarinfo xəbər verir ki, "Taliban” sözçüsü Məhəmməd Naim "Hər iki tərəf də ölkənin üzləşdiyi problemləri müzakirə edərək, Dünya Ərzaq Proqramının Əfqanıstandakı yoxsullara dərhal yardım göstərməli olduğunu dilə gətirib", deyib.
Onun sözlərinə görə, "Taliban” nümayəndə heyəti WFP rəhbərini təhlükəsizlik və əməkdaşlıqla bağlı arxayın edib və humanitar yardıma görə ona təşəkkürünü çatdırıb.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 10 milyon əfqan uşağın humanitar yardıma ehtiyacı olduğunu bildirib. UNICEF-də bu il 10 milyon uşaqdan təxminən bir milyonunun aclıq həddində olduğundan və lazımi müalicəni almadan öləcəyindən qorxduqlarını ifadə ediblər.
Alpər