Taliban lideri Hibatullah Axundzadə qruplaşma üzvləri və dövlət qulluqçuları üçün smartfon istifadəsini qadağan edən sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Londonda yerləşən "Afghanistan International” televiziya kanalının əldə etdiyi sənədə istinadla məlumat verilib.
Sənədə əsasən, qadağanı pozan şəxslər hərbi məhkəmə qarşısına çıxarılacaq. Onlara hansı cəzanın tətbiq ediləcəyi isə açıqlanmır.
Hərbi məhkəmələrin əməkdaşlarına dövlət qulluqçuları arasında smartfon qadağasının icrasına nəzarət etmək də tapşırılıb. Bu məqsədlə nəzarət altına alınacaq şəxslərin adları, vəzifələri, xidmət yerləri, eləcə də mobil operatorlar və telefon nömrələri daxil olmaqla siyahı hazırlanıb.
"Afghanistan International”ın məlumatına görə, bir neçə gün əvvəl Əfqanıstanda məktəblərdə və mədrəsələrdə də smartfon istifadəsi qadağan edilib. ali təhsil naziri smartfonları "müsəlmanların üç əsas düşmənindən biri” kimi xarakterizə edib.
Aydın
Şərhlər