Xəbər lenti

Taliban İŞİD-in əfqan qanadı ilə mübarizəni davam etdirəcək
Dünya 18:36 28.03.2024

Taliban İŞİD-in əfqan qanadı ilə mübarizəni davam etdirəcək

Əfqanıstanda hakim Taliban hərəkatı İŞİD terror təşkilatının Əfqanıstan qanadına daxil olan Vilayəti Xorasan terror qruplaşmasına qarşı mübarizəni davam etdirəcək. 

Qaynarinfo xəbər verir ki, bunu Talibanın Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin bildirib.

Süheyl Şahin Krasnoqorsk "Crocus City Hall"da baş verən faciədən sonra Talibanla Rusiya arasında terrorla mübarizədə əməkdaşlığın mümkün olub-olmaması sualını cavablandırıb.

"Biz üzərimizə düşəni edirik və əlimizdən gələni edəcəyik. Biz onlarla mübarizə aparırıq və onların Əfqanıstanda bizim üçün təhlükə yaratmasına imkan verməyəcəyik", deyə ofisin rəhbəri bildirib.

Süheyl Şahin bildirib ki, Vilayəti Xorasan qruplaşmasının terrorçuları Mərkəzi Asiya ölkələrində gizlənirlər:

"Bilirsiniz ki, Vilayəti Xorasan təkcə Əfqanıstan deyil, Pakistan, Hindistan, İran, Orta Asiya da mövcuddur".

Onun sözlərinə görə, qruplaşmanın yaraqlıları hazırda Əfqanıstandan kənarda gizlənir və onların heç də hamısı bu ölkənin vətəndaşları deyil. O əlavə edib ki, Taliban Əfqanıstandakı varlığından tamamilə xilas olmaq üçün Vilayəti Xorasan ilə döyüşməkdə qərarlıdır.

Qeyd edək ki, "Crocus City Hall"a hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Məlumata görə, terrorçular İŞİD-in Əfqanıstan qanadına məxsus "Sadoi Xuroson” ("Xorasanın səsi”) "Telegram" kanalı vasitəsilə cəlb edilib. Hazırda silinən kanal Əfqanıstandan Vilayəti Xorasan terrorçuları tərəfindən idarə olunurdu.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->