Gələcəkdə Əfqanıstan hökumətində qadınlar üçün postlar olacaq.
Qaynarinfo xəbər verir ki, bunu "Taliban” hərəkatının sözcüsü Zabiullah Mücahid Fransa televiziyasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Əfqanıstan qadınları yeni hökumətin bir hissəsi olacaq:
"Bu hökumət müvəqqətidir. Şəriət qanunlarına uyğun olaraq qadınlar üçün vəzifələrimiz olacaq. Bu başlanğıcdır, lakin qadınlar üçün bir yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl "Taliban” sözcüsü Əfqanıstanda qadınların şəriət qanunlarına uyğun olmayan geyim tələb edən idman növləri ilə məşğul ola bilməyəcəyini bildirib.
Xəyal