Taliban hökuməti Qəndəharda qadınların kişi diş həkimlərinə getməsini qadağan edib.
Qaynarinfo bu barədə "Al Arabiya"ya istinadən xəbər verir.
Məlumata görə, Taliban yaraqlıları qadınları Qəndəhar boyu diş klinikalarından qovub, onlara kişi diş həkimlərinə müraciət etməməyi əmr ediblər.
Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra ölkədə qadınların hüquqlarını məhdudlaşdıran tədbirlər görülməyə başlayıb.
Bu yaxınlarda Əfqanıstan hökuməti qadınların yazdığı kitabları universitetin tədris planından çıxarıb və insan haqları və cinsi qısnama mövzuları da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib. "Şəriət və Taliban əleyhinə siyasətlərə görə narahatedici” hesab edilən 680 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılıb.
Avqustun 10-da taliblərin Kabildə kütləvi şəkildə qadın gözəllik salonlarını bağladığı xəbəri yayılıb. Analitiklər hesab edirlər ki, bu hərəkətlər qadınları ictimai və iqtisadi həyatdan tədricən kənarlaşdırmaq siyasətinin bir hissəsidir.
Aydın
Şərhlər