
Pakistanda həbsdə olan “Taliban” hərəkatının qurucularından olan və öz nüfuzuna görə təşkilatda ikinci adam sayılan Molla Abdul Qəni Baradar azadlığa buraxılıb.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pakistan Daxili İşlər Nazirliyi açıqlayıb.
Pakistan hökumətinin rəsmi nümayəndəsi bildirib ki, Molla Abdul Qəni Əfqanıstandakı sülh prosesinə töhfə vermək üçün azad edilir. Hökumət Baradar və “Taliban”ın onlarla digər nümayəndəsini 2013-cü ilin əvvəllərində Əfqanıstan hökuməti ilə danışıqlar zamanı sərbəst buraxmağı vəd etmişdi. Hər iki ölkə hakimiyyəti hesab edir ki, Abdul Qəni Baradar və azadlığa buraxılan digər şəxslər talibançıları silahı yerə qoymağa razı sala bilər.