Xəbər lenti

“Taliban”ın səhra komandiri məhv edildi
Dünya19:00 27.04.2016

“Taliban”ın səhra komandiri məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstan hərbçilərinin və polisin birgə əməliyyatı zamanı ölkənin şimal-şərqindəki Kunduz əyalətinin Çaxardara qəzasında “Taliban” hərəkatının səhra komandirlərindən biri Kori Nacib öldürülüb. 
Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda jurnalistlərə əyalətin polis rəisi Muhəmməd Qasım Canqal-Baq məlumat verib.
Onun sözlərinə görə, birgə əməliyyat aprelin 26-dan 27-nə keçən gecə başlayıb və səhərə yaxın başa çatıb. Səhra komandirindən başqa taliblərlə toqquşmada daha iki yaraqlı öldürülüb, 20-si saxlanılıb.  
Qaynarinfo.az