Xəbər lenti

Taliblərlə müqavimətçilər arasında döyüşlər yenidən başlayıb
Dünya15:04 12.09.2021

Taliblərlə müqavimətçilər arasında döyüşlər yenidən başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bağlan vilayətinin Puli-Hisar bölgəsində Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban” hərəkatının yaraqlıları ilə Milli Müqavimət Cəbhəsinin silahlıları arasında döyüşlər yenidən başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a müqavimətçilərə yaxın mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, "Taliban”ın yaraqlıları itki verib və həmin ərazidən geri çəkilməyə məcbur olublar.