Xəbər lenti

Tanınmış idmançı anası ilə birləşib ərini döydü
Dünya08:15 30.09.2013

Tanınmış idmançı anası ilə birləşib ərini döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur keçmiş tennisçi Martina Hingisin əri Thibault Hutin həyat yoldaşı və qaynanasının birləşərək onu döydüklərini bildirib.

Qaynar.info
xəbər verir ki, Hingisin əri Parisə qaçaraq həyat yoldaşı və qaynanasının onu döydüklərini, avtomobilini oğurladıqlarını və təhdid etdiklərini söyləyib.

İsveçrənin "Blick" qəzetinə açıqlama verən 27 yaşlı Hutin Fesisberqdəki evlərində olduğu vaxt həyat yoldaşı ilə qaynanası Melani Molitor və onun sevgilisinin onu döydüklərini və başına DVD playeri vurduqlarını iddia edib.

İyul ayından bəri Hingisin ona dəfələrlə xəyanət etdiyini deyən Hutin, "Boynumda, başımda və alnımda yaralar əmələ gəldi. Çox qorxdum və qaçdım" söyləyib.

Qaynar.info