Xəbər lenti

Tanınmış media ekspertinin namizədliyi qeydə alındı
Siyasət07:57 12.01.2020

Tanınmış media ekspertinin namizədliyi qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində daha bir namizəd qeydə alınıb. 
Qaynarinfo xəbər verir ki, bu, tanınmış media eksperti Rizvan Qənbərovdur. O, namizədliyini doğulub boya-başa çatdığı 85 saylı Şamaxı seçki dairəsindən verib. 
Qeyd edək ki, Rizvan Qənbərovun media sahəsiylə bağlı bir neçə kitabı var. Uzun müddət həm təhsil aldığı Türkiyədə, həm də Azərbaycanda media üzərinə araşdırma aparan Rizvan Qənbərov eyni zamanda ABŞ-in İndiana Universitetilə əməkdaşlıq edir.