Xəbər lenti

Tanınmış “qanuni oğru”nun titulu əlindən alındı - FOTOLAR
Dünya12:30 07.06.2015

Tanınmış “qanuni oğru”nun titulu əlindən alındı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriminal aləmdə “Roko Tbiliskiy” ləqəbilə tanınan məşhur “qanuni oğru” 33 yaşlı David Bojadzenin “karyerası”na son qoyulub. Anspress-in məlumatına görə, oğrular aləmində keçirilən “sxotka” zamanı “Roko Tbiliskiy”nin qanuni oğru titulu əlindən alınıb.
Tanınmış “qanuni oğru” kriminal aləmin qanunlarına zidd olaraq hərəkət etdiyi üçün cəzalandırılıb. Belə ki, David Bojadze ona etibar edilən əmanətlərə xəyanət edib.
Araşdırmalar zamanı məlum olub ki, David Bojadze iki böyük kriminal qruplaşmanın nəzarətində olan puldan oğurluq edib. Keçirilən “sxotka” zamanı D.Bojadze “obşak”ın pulundan oğurluq etdiyi üçün günahkar bilinib. Oğrular D.Bojadzeyə verilən “qanuni oğru” adının alınmasını tələb ediblər.
“Sxotka” iştirakçılarının yekdil qərarı əsasında D.Bojadzedən “qanuni oğru” titulu alınıb. 





Qaynar.info