Xəbər lenti

Tanınmış xanəndəmiz vəfat etdi (FOTO)
Sənət05:09 22.04.2022

Tanınmış xanəndəmiz vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 
Bəstəkar 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub.
O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs” mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.