Xəbər lenti

Tanınmış xizəkçi dağdan yıxılaraq öldü
Dünya15:19 28.09.2022

Tanınmış xizəkçi dağdan yıxılaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-dan olan qadın alpinist və xizəkçi Hillari Nelson bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Report" xəbər verir ki, 50 yaşlı idmançı Nepalda - dünyanın 8-ci ən hündür zirvəsi olan Manaslu (8156 m) dağında xizək sürərkən yıxılaraq ölüb.
Həmin gün, həmçinin, dağın aşağı hündürlüyündə qar uçqunu səbəbindən yerli bələdçi həlak olub, bir neçə alpinist isə yaralanıb.
Xizəkçinin axtarışları iki gün davam edib. Yalnız sentyabrın 28-də xilasedici helikopter onun cəsədini dağın cənub yamacında tapıb.
Qeyd edək ki, Hillari Nelson 2012-ci ildə hündürlüyü 8000 metr olan 2 zirvəni 24 saata fəth edən ilk qadın olub.