Türkiyənin Çanakkale əyalətinin Ayvacık rayonunda baş verən zəlzələlərin Mrmərə zəlzələsinə təkan verəcəyi şayiələri artıb.
Qaynarinfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu söz-söhbət diqqəti Doqquz Sentyabr Universiteti Geofiziki Seysmik Laboratoriyasına çəkib.
Dünyanın tanınmış seysmik araşdırma mərkəzlərindən olan və xaricdən bir çox uğur mükafatı alan Doqquz Sentyabr Universiteti Geofiziki Seysmik Laboratoriyası Türkiyədəki dənizlərdə son günlər müxtəlif araşdırmalar apararkən, elm adamları zəlzələlərin əvvəlcədən müəyyənləşdirilməsi üçün mühüm bir mərhələyə gəlib.
Professor Günay Çifçi zəlzələlərin əvvəlcədən təxmin edilməsinə dair isə "Necə ki, bir xəstəliyi ortaya çıxmadan əvvəl müəyyən bir əlaməti olursa, mütləq yerin içərisində də bir tektonik hərəkət formalaşmadan əvvəl mütləq bir dəyişiklik olur. Bunu daha əvvəldən bilməyiniz texnoloji cihazların inkişaf etdirilməsi və bunu istifadə edən tədqiqatçıların var olması ilə olacaqdır. Mən inanıram ki, zaman içərisində necə hava proqnoz hesabatlarından, günün hava vəziyyətinin necə olacağı ehtimal edilirsə, zəlzələlərin hansı sahədə əmələ gəlməsi məsələsində də işlər mütləq keçiriləcək" - deyə bildirib.
Qaynarinfo.Az