XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tarixdə ilk dəfə: Düynada yaşlı insanların sayı uşaqların sayını keçdi
Dünya16:40 03.09.2026

Tarixdə ilk dəfə: Düynada yaşlı insanların sayı uşaqların sayını keçdi

65 yaş və yuxarı insanların sayı tarixdə ilk dəfə 5 yaşadək uşaqların sayını ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Axios” ABŞ Siyahıyaalma Bürosunun hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, dünyada formalaşmış demoqrafik balansın dəyişməsinə doğum səviyyəsinin qlobal miqyasda azalması və insanların ömür uzunluğunun artması təsir göstərir.

Proqnozlara əsasən, 65 yaşdan yuxarı insanların sayı 2025-ci ildəki 852 milyon nəfərdən 2060-cı ildə 2 milyard nəfərə çatacaq. Həmin dövrə qədər Yer kürəsinin ümumi əhalisinin 10,23 milyarda yüksələcəyi gözlənilir.

Bundan əvvəl Şizuoka Universitetinin yapon alimləri qlobal doğum səviyyəsinin azalmasının nəsil xətlərinin, dillərin və mədəniyyətlərin geri dönməz şəkildə yox olmasına səbəb ola biləcəyi qənaətinə gəliblər.

Araşdırma zamanı müəyyən edilib ki, əhalinin davamlı artımını təmin etmək üçün hər qadına orta hesabla ən azı 2,7 uşaq düşməlidir. Hazırda dünya əhalisinin üçdə ikisi doğum səviyyəsinin 2,1 göstəricisindən aşağı olduğu ölkələrdə yaşayır.

Alimlərin məlumatına görə, bu göstərici Yaponiyada 1,3, Cənubi Koreyada 0,87, ABŞ-da isə cəmi 1,66-dır.

Aydın