Prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə "Xalqın xidmətçisi”nin mətbuat xidməti məlumat yayıb.
Baş nazir Denis Şmıqal Ukraynanın Avropa İttifaqına üzvlük üçün müraciət etdiyini açıqlayıb.
"Ukraynalılar çoxdan sübut ediblər ki, biz hamımız Avropa Birliyinin ayrılmaz hissəsiyik. Artıq bunu kağız üzərində təsdiqləməyin vaxtı çatıb. Ukrayna Aİ-yə üzvlük üçün xüsusi prosedur əsasında müraciət edir. Biz tərəfdaşlarımıza göstərdikləri dəstəyə və operativ qərarlara görə minnətdarıq", - mesajda deyilir.
Daha sonra "Xalqın xidmətçisi”nin mətbuat xidməti prezident Vladimir Zelenskinin sənədi imzaladığını əks etdirən fotonu dərc edib. İmzalanmada Ali Radanın spikeri Ruslan Stefançuk və baş nazir Denis Şmıqal iştirak ediblər.