Xəbər lenti

Tarixi hadisə: kosmik zond kometə endi - FOTO/VİDEO
Dünya14:25 12.11.2014

Tarixi hadisə: kosmik zond kometə endi - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər Avropa Kosmik agentliyinin “Rosetta” kosmik zondunun "Philae" modulu 67P/Çurimov-Gerasimenko kometinin üstünə enib. 
Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, zond əvvəlcə sürətlə fırlanan kometin ətrafında dolanıb, sonra ona harpunla atəş açıb və "Philae" modulu həmin harpunun kanatı ilə kometin üstünə enib.
Bu, tarixdə ilk dəfədir ki, insanın yaratdığı aparat kometin üzərinə enir. 
Enişdən sonra "Philae" kometin üzərində foto və videoçəkiliş aparıb, həmçinin onun səthini deşərək, elmi analiz üçün nümunələr götürüb. 
Qaynar.info