Qadlnları biz sülh yaradıcısı, qayğıkeş ana kimi tanıyırıq. Ancaq tarixin bütün anaları hecç də məsum deyil. Aşağıdakı faktlar, sadəcə, qan dondurur - bəli, onlar, onların əməlləri sadəcə, dəhşətdir. Tarixin qəddar qadınlarını siz də tanıyın.
Qrafina Batori: 17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirib.
Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra, gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalayıb və aydın olub ki, o, 650-dək gənc qızı belə qətlə yetirib. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörüblər.
Saltçixa: 18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirib.
Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırıb. Dariyadan bütün mülk, titullarını alıb və ömürlük monastırın yeraltı zindanına salınıb. O məhkumluqdan sonra 33 il yaşayıb, ölənəcən əməllərindən peşman olmayıb.
Mariya Katarina Svanenburq: Hollandiyada 19-cu əsrin sonlarında 127 adamı qətlə yetirib.
Mariya Hollandiyada çox gözəl reputasiya qazanmışdı. O kasıblara yardım edir, qocalar və xəstələrə qulluq edirdi. Amma bu xeyirxah əməllər Mariyanı “mişyak”la (zəhər) 127 adamı zəhərləməyə mane olmayıb. İlk dəfə mirasa görə öz valideyinlərini zəhərləyib. O insanları qəyyumluğa götürür, sığortalayır, daha sonra zəhərləyirdi. Bununla da sığorta şirkətlərindən pul qazanırdı. 1883-cü ildə bir ailənin bütün üzüvlərini zəhərləməyə cəhd göstərən an sığorta polisi onu yaxalayıb. Mariyaya ömürlük həbs cəzası verilib. O 1915-ci ildə 75 yaşında vəfat tdib.
Ceyn Toppan: 19-cu əsirdə ABŞ-da 31 xəstəni qətlə yetirib.
ABŞ-da ən tanınmış qatil qadın. Kasıb ailədə doğulub uşaq evində tərbiyə almışdı. Xəstəxanada çalışaraq daha çox bədbəxt insanı qətlə yetirməyi qərar verib. Ceyn morfi və atropin yüksək dozalarda vuraraq xəstələrdə ürək dayanmağına nail olurdu. 1901-ci ildə məhkəmə Ceynin dəlilyini nəzərə alaraq ömürlük dəlxanaya məhküm edib. O 1938-ci ildə 84 yaşında vəfat edib.
Merbit Tininq: Öz övladlarını qətlə yetirib.
Öz övladlarını qətlə yetirdiyinə görə indiyənəcən həbsxanadadır. Qəfil uşaq ölümü sindromu indiyənəcən təbabətdə ən dəhşətli sirdi. Tibbacısı Merbit Tinq 8 uşaq dunyaya gətirib və birini övladlığa götürüb. Lakin onların heç biri bir yaşına çatmayıb. Tibbacısını 9-cu övladını ölü vəziyyətində xəstəxanaya çatdırandan sonra şübhə oyadıb. Merbitdən cinayətin səbəbini soruşanda o sadəcə həyatının çətin dövrü olduğunu bildirib. 1987-ci ildə tibb bacısına ömürlük həbs cəzası kəsilib. Onun indi 75 yaşı var.
Vera Rentsi: İyirminci əsrin əvvələrində Ruminiyada 35 məşqunu öldürüb.
Vera qorxulu kinonun personajlarını xatırladır. Məsələn onun ailə kökləri Transilvaniyanın qədim əsilzadələrinə gedib çıxır. O iki dəfə ərdə olub, hər iki halda ərlərini Vera qısqanclıq üzündən “mişyak”la zəhərləyib. Ərlərindən sonra Veranın həyatında məşuqə dönəmi başlayır. Məşuqlar Vera ilə görüşdən bir müddət sonra itkin düşürdü. Törədilən cinayətin üstünü məşuqların birinin həyat yoldaşı açır. O, Veranı gecə-gündüz güdərək olanları polisə xəbər verir. Polislər Veranın evindən 32 tabutu tapır. Veranın sözlərinə görə, o, hər axşam tabutların arasında şərab içməyi çox sevirdi. Məhkəmə Veraya ömürlük həbs cəzası verib. O, 1960-cı ildə 57 yaşında vəfat edib.
Qonsales bacıları: 90-dan çox adamı öldürüblər.
Mariya və Delfina Qonsales əxlaqsız yuva qurmuşdular. Onlar “ofisiant qız axtarırıq” iş elanı ilə gənc qızları əxlaqsızlığa cəlb edirdilər. Əgər qızlar arasında xəstələnən və ya hamilə qalan olurdusa, bacılar həmin qızı öldürməklə problemi həll edirdilər. Meksika məhkəməsi bacılara 40 il iş kəsdi. Kinolardan Meksika həbsxanası haqqında az-çox təsəvvürümüz var: Mariya təsadüf nəticəsində həbsxanada həyatını itirdi. Delfina isə bir neçə ildən sonra azadlığa çıxsa da, bir müddət sonra itkin düşüb.//atvxeber.az
Qaynar.info