Xəbər lenti

Tatlısəs: "Kəfənimi geyinib, gedirəm"
Dünya16:00 31.07.2014

Tatlısəs: "Kəfənimi geyinib, gedirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir necə il öncə silahlı hücuma məruz qalan məşhur türk aktyoru İbrahim Tatlısəs yenidən əməliyyat olunacaq.

Ans press-in məlumatına görə, sui-qəsd nəticəsində sol tərəfi iflic olan ifaçı Amerikaya yollanacaq. Amerikada bıçaq altına yatacaq sənətçi avqust ayının ikinci həftəsi oraya üz tutacaq. 

Özəl xəstəxanaya yerləşdirilməsi planlaşdırılan İbrahim Tatlısəsin yaxınları maraqlı açıqlamalar veriblər. Onların dediklərinə görə, ifaçı inamsız olduğunu bildirib:

"Kəfənimi geyinib, gedirəm. Ya keçmiş vəziyyətimə qayıdacam, ya da ki, heç qayıtmayacam".

Qeyd edək ki, sənətçi başından güllə yarası alandan sonra uzun müddət Almaniya və Türkiyədə müalicə olunub. Onun sağ tərəfi hələ də iflic vəziyyətindədir.

Qaynar.info