Xəbər lenti

Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi
Dünya05:50 28.11.2019

Tbilisidə parlament binası qarşısında aksiya bərpa edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan müxalifəti parlament binası qarşısında keçirdiyi etiraz aksiyasını bərpa edib.

APA xəbər verir ki, səhər saatlarından parlament binasının yerləşdiyi Rustaveli prospektinə toplanan müxalif "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyalarının tərəfdarları qanunverici orqanı yenidən bloklayacaqlarını açıqlayıblar. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və parlamentin bütün giriş nöqtələri polisin nəzarətindədir.

Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin payız sessiyasının növbəti iclasının keçirilməsi planlaşdırılıb.