Xəbər lenti

Təbrizdə fəhlələr etiraz aksiyası keçirdilər
Dünya05:30 17.07.2013

Təbrizdə fəhlələr etiraz aksiyası keçirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təbrizin "Traktorsazi” maşınqayırma zavodunun işçiləri etiraz aksiyası keçiriblər. 

İLNA-nın məlumatına görə, buna səbəb fəhlələrin iki aylıq maaşlarının ödənilməməsidir. "Traktorsazi” maşınqayırma zavodunun 300 işçisinin qatıldığı və 3 saat davam edən aksiya yalnız Təbriz Şəhər İcra Hakimiyyətinin başçısının müdaxiləsindən sonra başa çatıb. Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı fəhlələrə əmək haqlarının ödəniləcəyi haqda vəd verib və bu səbəbdən işçilər öz işlərinin başına dönüblər.//APA

Qaynra.info