Tapılmış abidə yaşayış evinin zirzəmisində yerləşir. Tarixi nəticə isə hələlik məlum deyil.
Qaynarinfo bu barədə Təbrizin "Anac" agentliyinin məlumatına istinadən xəbər
verir.
"Bu bina bir yaşayış evinin zirzəmisidir və yeraltı şəhər olmasıyla bağlı heç bir iddia yoxdur”, - Təbriz şəhərinin mədəni irsi idarəsinin direktoru Həmzəzadə mövzü ilə bağlı bildirib.
Direktor Təbriz bazarı yaxınlığında aşkar edilmiş bina haqqında Anac-a müsahibəsində deyib. O, Təbriz prokuroru və şəhər rəhbərliyinin üzvləri ilə birlikdə yoxlama üçün həmən binaya baş çəkib”.
Həmzəzadə bildirib ki, yeraltı şəhər mövzusu sadəcə, şayiədir.
Mədəni irsin baş direktoru bu tapıntının tarixi və qədimiliyi ilə bağlı suala cavab olaraq bildirib ki, bu tikilinin tikilmə tarixi hələlik məlum deyil və ekspertizadan sonra müəyyənləşdiriləcək.
M.Arif