Xəbər lenti

Tehranda 17 mərtəbəli bina canlı yayım zamanı çökdü: 30 nəfər öldü -VİDEO
Dünya11:16 19.01.2017

Tehranda 17 mərtəbəli bina canlı yayım zamanı çökdü: 30 nəfər öldü -VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın paytaxtı Tehranda 17 mərtəbəli binada yanğın baş verib. 

Yanğından sonra bina çöküb. Səhər saatlarında binanın üst qatlarında səbəbi bəlli olmayan yanğın baş verib. İlkin məlumata görə, bina yanğından sonra çöküb və 30 yanğınsöndürən dünyasını dəyişib. Bina çökdükdən sonra ətrafdakı binalara da ziyan dəyib. 

Türkiyənin Tehran səfirliyindən bildirilib ki, yanan binanın çökməsi səbəbi ilə yaxınlıqda yerləşən Türkiyə səfirliyinin boşaldılıb. Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

İran Dövlət televiziyası çökən binanın Tehranın ən qədim binalarından biri olduğunu vurğulayıb. Binanın çökmə anı canlı yayımda anbaan yayımlanıb. (baku.ws)

Qaynarinfo.Az