Xəbər lenti

Tələbə qız bir günə milyonçu oldu, amma...
Dünya06:09 02.12.2017

Tələbə qız bir günə milyonçu oldu, amma...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Malayziyalı tələbə Sidneydə "Westpac” bankında açdığı hesabla bir günə milyonçu olub.
Qaynarinfo-nun tendensiya.com-a istinadən məlumatına görə, bankın yanlışlıqla limitsiz hesab açdığı Kristin Kiaşin Li açılan hesabdan 3,5 milyon dollar vəsaiti nəğd olaraq çıxarıb. O, çıxartdığı pulla özünə bahalı zinət əşyaları alıb. Bankın prosesin yanlış aparıldığını anlamasının ardından Li Sidney Hava Limanında polis tərəfindən saxlanılaraq həbs edilib.
Məhkəmədə Linin vəkili Hüqo Aston bunun bankın səhvi ucbatından baş verdiyini bildirib. Aparılan araşdırmalardan sonra ittiham ləğv edilib və hesabdan çıxartdığı pulun böyük bir hissəsini qaytaran 22 yaşlı tələbə sərbəst buraxılıb.