Şagirdlər Fransanın şimalındakı Dieppe şəhəri yaxınlığında qazıntıda iştirak edərək, Qalli kəndinin qalıqlarını araşdırarkən, içərisində mesaj olan gil qabla rastlaşıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə qazıntıların rəhbəri Guillaume Blondel məlumat verib. O bildirib ki, gil qabda 200 il əvvəl arxeoloqun qeydi olan şüşə butulka olub.
Mükəmməl qorunub saxlanılan vərəqdə belə yazılıb: "P. Dieppedən olan və müxtəlif elmi cəmiyyətlərin üzvü olan J. Feret 1825-ci ilin yanvarında burada qazıntı işləri aparıb. O, Cite de Limes və ya Sezar istehkamı kimi tanınan bu geniş ərazidə tədqiqatlarını davam etdirir".
Arxeoloq bir qeyddə bildirib ki, 1825-ci ildə Dieppe yaxınlığındakı qayalıqlarda qazıntılara başladı. J. Feret adı Blondelə dərhal tanış gəlib. Tapıntını nümayiş etdirərkən o, sevinclə deyib: "Bu, tamamilə sehrli bir an idi. Biz bilirdik ki, burada keçmişdə qazıntılar olub, lakin 200 il əvvələ aid belə bir mesaj tapmaq tamamilə sürpriz oldu".
Dieppe şəhər arxivi ilk qazıntıların burada həqiqətən 200 il əvvəl aparıldığını təsdiqlənib. Blondel izah edib ki, arxeoloqlar belə qeydləri çox nadir hallarda buraxırlar:
"Bəzən ev tikən zaman dülgərlərin qoyub getdiyi belə zaman kapsullarına rast gəlirsən. Ancaq arxeologiyada bu çox nadirdir. Əksər arxeoloqlar artıq bütün işləri gördüyü üçün onların arxasınca heç kimin gəlməyəcəyini düşünməyə üstünlük verirlər".
Dieppenin şimalındakı qayaların dağıdılması səbəbindən qazıntılar bərpa edilib ki, bu da keçmiş istehkamlı kəndin qorunub saxlanmasına təhlükə yaradır. Onun çox hissəsi artıq su altında qalıb.
Bununla belə, Blondel və komandası Qalli yaşayış məntəqəsindən bir neçə artefaktı, o cümlədən təxminən 2000 il yaşı olan dulusçuluğu xilas edə bilib.
Aydın
Şərhlər