ABŞ administrasiyası sülh müqaviləsi ilə bağlı razılaşma əldə etmək məqsədilə Rusiya nəzarətində olan Krım və digər əraziləri tanımağa hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" yazıb.
"The Telegraph"a məlum olub ki, Donald Tramp sülh danışıqları üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri Vladimir Putinə birbaşa təklif etmək üçün Moskvaya göndərib.
Məqalədə həmçinin bildirilir ki, diplomatik normalara zidd olan ərazi tanınması planı, Ukraynanın Avropa müttəfiqlərinin narahatlıqlarına baxmayaraq, böyük ehtimalla həyata keçiriləcək. "ABŞ-ın Avropanın mövqeyi ilə maraqlanmadığı getdikcə daha aydın görünür. Onlar deyirlər ki, avropalılar istədiklərini edə bilərlər", deyə məqalədə yüksək vəzifəli məmura istinadən yazılır.
Rusiya prezidenti Vladimir Putin cümə günü bildirib ki, Vaşinqtonun Krım, Donetsk və Luqansk vilayətlərini Rusiya ərazisi kimi tanıması ABŞ prezidentinin sülh planı üzrə danışıqlarında əsas məsələlərdən biri olacaq.
Putin təsdiqləyib ki, gələn həftə Moskvada ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun rəsmi səfəri gözlənilir. Səfərin dəqiq tarixi hələ məlum deyil. Öncə ABŞ prezidenti münaqişənin hər iki tərəfi ilə aparılan danışıqlarda irəliləyiş olduğunu açıqlamışdı.
Aydın
Şərhlər