Xəbər lenti

Teleradio şurası daha 3 kanalın yayımını dayandırdı
Dünya15:08 29.09.2016

Teleradio şurası daha 3 kanalın yayımını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın televiziya və radio verilişləri üzrə Milli Şurası ölkə ərazisində Rusiyanın daha üç telekanalının yayımını qadağan edib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Qadağa altına “Somedy TV”, “Bizim futbolumuz” və “Karusel” kanalları düşüb.
Məlumata görə, “Somedy TV”nin yayımı hələ 2014-cü ildə dayandırıb. “Bizim futbolumuz” ticarət reklamını yerləşdirərək Ukrayna 
qanunvericiliyini pozub. Qurumdan dəqiqləşdiriblər ki, xarici mənşəli proqramlarda reklamdan istifadə qadağandır.
Reklam haqqında qanunun pozulması “Karusel” telekanalında da qeydə alınıb. Bundan başqa, “Karusel”in proqramlarından birində işğal edilmiş Krımın Rusiyanın regionu kimi əks olunan xəritə nümayiş olub.
1 sentyabr 2016-cı il tarixinə olan məlumata görə, Rusiyanın 73 kanalının yayımı Ukrayna ərazisində qadağan edilib.
Qaynarinfo.Az