Xəbər lenti

Ötən il Əfqanıstanda müharibə 3.8 min mülki şəxsin ölümünə səbəb olub
Dünya16:45 24.02.2019

Ötən il Əfqanıstanda müharibə 3.8 min mülki şəxsin ölümünə səbəb olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ildə Əfqanıstanda münaqişə nəticəsində öldürülən mülki şəxslərin sayı 3804 nəfər olub.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana yardım missiyası məlumat yayıb.
Bildirilir ki, bu, son 10 ildə ən yüksək göstəricidir. Həlak olanlardan 927-si uşaqdır. Daha 7189 mülki şəxs isə münaqişə nəticəsində yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.